Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Əmrah Həsənli: Müasir Azərbaycanın hər uğurunun təməlində Heydər Əliyevin siyasi irsi dayanır
MANŞET

Əmrah Həsənli: Müasir Azərbaycanın hər uğurunun təməlində Heydər Əliyevin siyasi irsi dayanır

12 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Bu gün biz Azərbaycan tarixinin ən böyük siyasi liderini – ümummilli lider Heydər Əliyevi anırıq. Heydər Əliyev yalnız dövlət başçısı deyildi. O, Azərbaycan xalqının ən çətin dönəmdə arxalandığı lider, ölkəmizi xaosdan çıxarıb sabitliyə və inkişaf yoluna yönəldən xilaskar, xalqına güvən verən dahi şəxsiyyət idi.

Bu gün müasir Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində Heydər Əliyevin yaratdığı strateji xətt dayanır. Onun formalaşdırdığı dövlətçilik modeli zamanın sınağından keçib və öz aktuallığını heç vaxt itirməyib.

Xüsusilə vurğulamaq lazımdır ki, Ulu Öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və siyasi iradə ilə davam etdirilir. Cənab Prezident Azərbaycanın bu gün regionun ən güclü dövlətinə çevrilməsinin, ordumuzun qüdrətinin artmasının, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinin əsas memarlarından biridir.

Əgər Heydər Əliyev dövlətimizin qurucusu idisə, İlham Əliyev bu dövlətin möhkəmləndiricisi və qalib strategiyasının müəllifidir. Ulu Öndərin ‘Biz Qarabağa qayıdacağıq’ sözlərini həyata keçirən də məhz Cənab Prezidentin siyasi iradəsi, qətiyyəti və uzaqgörən liderliyidir.

Bu gün Qarabağa Böyük Qayıdışın reallaşması, azad edilmiş torpaqlarda həyatın yenidən canlanması həm Heydər Əliyevin ruhuna ən böyük ehtiram, həm də İlham Əliyevin apardığı siyasətin məntiqi nəticəsidir. Azərbaycan 30 illik həsrətə son qoyub – bu, tarixdir, bu, milli qürurdur.

Heydər Əliyev xalqa güvənirdi, xalq da ona güvənirdi. Bu gün də həmin inam İlham Əliyevə yönəlib. Azərbaycan xalqının birliyi, dövləti ilə həmrəyliyi ölkəmizin sabitlik və inkişaf yolunda ən mühüm amildir.

Ruhu şad olsun Ulu Öndərin. Azərbaycan xalqı ona ömür boyu minnətdardır. Onun ideyaları bu gün Cənab Prezident tərəfindən daha da gücləndirilmiş şəkildə həyata keçirilir və biz bütün sahələrdə məhz bu yol ilə irəliləyirik.

Əmrah Həsənli
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Artıq bu şəhərdə ödənişlər “Bitcoin”lə edilir

Next

“Qarabağ” sığınacaqdakı o azyaşlı ilə görüşəcək – Video

Copyright 2026— Praqraf.com. All rights reserved