Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Əlverişsiz hava şəraiti yollarda qəza riskini artırır” – VİDEO
CƏMİYYƏT

“Əlverişsiz hava şəraiti yollarda qəza riskini artırır” – VİDEO

11 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

“Son günlər qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, mövsümlə əlaqədar havaların yağıntılı keçməsi, xüsusilə səhər və axşam saatlarında müşahidə edilən məhdud görmə şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır”.

Paraqraf.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.

Qeyd edilib ki, sürücülər tərəfindən əlverişsiz hava şəraitinin, yolların sürüşkənliyinin nəzərə alınmaması, sürət həddinin düzgün seçilməməsi, enişli-yoxuşlu yollarda və sərt döngələrdə lazımi ehtiyat tədbirlərinin görülməməsi, kəskin manevr və ya tormozlama, eləcə də digər qəbuledilməz davranışlar baş verən qəzaların həm sayına, həm də ağırlıq dərəcəsinə birbaşa təsir göstərir.

“Təəssüf ki, yol qəzaları nəticəsində ailələr dağılıb, valideynlər övladlarını, övladlar valideynlərini, insanlar isə doğmalarını itiriblər. Halbuki bu qəzaların böyük bir hissəsinin qarşısını almaq mümkün idi. Səhlənkarlıq, tələskənlik, etinasızlıq və düşünülməmiş davranışların nəticəsi isə bəzən bir ömür boyu silinməyən ağrılara çevrilir.

Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir və onları əlverişsiz hava şəraitində daha məsuliyyətli davranmağa, sürət həddini yol və hava vəziyyətinə uyğun seçməyə, normadan artıq ara məsafəsi saxlamağa, nəqliyyat vasitəsinin texniki sazlığına, xüsusilə şinlərin, işıq cihazlarının və şüşəsilənlərin işlək vəziyyətdə olmasına ciddi nəzarət etməyə, həmçinin digər yol hərəkəti iştirakçılarına, xüsusilə piyadalara qarşı daha ehtiyatlı və humanist münasibət göstərməyə çağırır.

Unutmayaq ki, sükan arxasında verilən hər bir qərar təkcə öz həyatımıza deyil, başqalarının da taleyinə birbaşa təsir edir”.

https://bax.tv/sosial-xeberler/elverissiz-hava-seraiti-yollarda-qeza-riskini-artirir-217030?utm_source=playerBaxTV&utm_medium=context_menu&utm_campaign=organic

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Gürcüstanda ali təhsilin müddəti azaldılır – Qanun qəbul edildi

Next

Xəzər dənizində zəlzələ oldu

Copyright 2026— Praqraf.com. All rights reserved