Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 11
  • Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

admin 11 Dekabr 2025 3 minutes read
download_20251211_172325
PAYLAŞIN:

Azərbaycan Prezidenti İlham Əliyev türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

Paraqraf.com-un məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Əziz Qardaşım,

Əlamətdar tarix – Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.

Otuz il əvvəl dünya birliyi tərəfindən Türkmənistanın daimi bitərəflik statusunun tanınması ölkənizin dinamik və dayanıqlı inkişafına təkan verən və beynəlxalq aləmdə nüfuzunu gücləndirən mühüm hadisə və böyük tarixi nailiyyət idi.

Türkmənistanın daimi bitərəflik siyasətinin mahiyyəti xalqınızın çoxəsrlik humanizm, sülhsevərlik və mənəvi-əxlaqi fəlsəfəsindən qaynaqlanır. Bu gün Türkmənistanın geniş beynəlxalq əməkdaşlığa yönəlmiş konstruktiv təşəbbüsləri qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, humanist dəyərlərin təşviqi kimi nəcib məqsədlərə xidmət edir. Eyni zamanda ölkəniz sülhsevər doktrinasını qlobal səhnədə fəal şəkildə təbliğ edərək qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə beynəlxalq dialoqun güclənməsinə töhfə verir.

Azərbaycan qardaş və mehriban qonşu olan Türkmənistanın bitərəflik siyasətinə daim hörmətlə yanaşıb. Təsadüfi deyil ki, Azərbaycan həm 1995-ci, həm də 2015-ci illərdə BMT Baş Assambleyasının ölkənizin bitərəflik statusu ilə bağlı müvafiq qətnamələrinin həmmüəllifi olmuşdur.

Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimizin, qardaşlığımızın möhkəmlənməsi istiqamətində şəxsən Sizin davamlı və qətiyyətli səylərinizi xüsusi qeyd etmək istərdim. Fürsətdən istifadə edərək Sizin bu il ərzində Azərbaycana iki səfərinizi, mənim də avqust ayında füsunkar Avazaya səfərimi, Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimizi və söhbətlərimizi ən xoş təəssüratlarla xatırladığımı bildirirəm.

Əminəm ki, Azərbaycan-Türkmənistan qardaşlıq bağlarını daha da möhkəmləndirmək və çoxşaxəli əməkdaşlığımızı yeni mərhələyə yüksəltmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Hörmətli Qurbanqulu Məlikquliyeviç, bu bayram günündə bir daha Sizə təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Paraqraf.com 

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir
Next: Bakı və London səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

OXŞAR MÖVZULAR

zIXo6wU0HfMh2TOjhxwoAD8zNnEKdSiMgjcn58mM_1200

Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib

admin 24 Aprel 2026
IMG_20260424_142726

TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub

admin 24 Aprel 2026
T3kHAuNjFZGCZTbrAbTDj375MACzXQpOEvxYjUpC_1200

XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Britaniya Fransaya təxminən 890 milyon dollar ödəyəcək mp2aG5SKdvQ509NvZh2boDUxajxuSXWxbbLlDwEz_1200

Britaniya Fransaya təxminən 890 milyon dollar ödəyəcək

24 Aprel 2026
Sabiq nazir açıq danışdı: “Azərbaycan təkbaşına siyasət yürüdə biləcək qədər böyük deyil” IMG-20260424-WA0016

Sabiq nazir açıq danışdı: “Azərbaycan təkbaşına siyasət yürüdə biləcək qədər böyük deyil”

24 Aprel 2026
Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb 7UbeihsOD7Zu9dbczn4q648QP7FYQhEenSuA1ans_1200

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb

24 Aprel 2026
“Qarabağ”ın 9 oyunluq “Sabah” sindromu: Mircavadov Bakı klubunun yüksəlişini sevindirici hal sayır E7rZM6CJm3O4f1R2yKqdq9QXINAOdOD6Sb6n0Mni_1200 (1)

“Qarabağ”ın 9 oyunluq “Sabah” sindromu: Mircavadov Bakı klubunun yüksəlişini sevindirici hal sayır

24 Aprel 2026
Azərbaycanın beş sərbəst güləşçisi Tiranadakı Avropa çempionatında mübarizəyə başlayır q9CnwFXbTwYW8c5eI8AnlEKhXUmUnHXsxwgFEjDa_1200

Azərbaycanın beş sərbəst güləşçisi Tiranadakı Avropa çempionatında mübarizəyə başlayır

24 Aprel 2026
MİQ-də iştirak üçün ödənişin məbləği təsdiq edilib kAn6mPtz2FtZDqJmcKlwKnxb4rXMlSc6rlRSvqXQ_1200

MİQ-də iştirak üçün ödənişin məbləği təsdiq edilib

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.