Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Avropada “ASAN” mükafatı təqdim olunub
DÜNYA

Avropada “ASAN” mükafatı təqdim olunub

11 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Hökumətinin Baş katibinin dəvəti əsasında Buxarest şəhərində səfərdədir.

Paraqraf.com xəbər verir ki, Dövlət Agentliyinin nümayəndə heyəti Rumıniya Hökumətinin Baş Katibliyinin təşkilatçılığı ilə keçirilən “Dövlət Sektorunda İnnovasiya Forumu”nda iştirak edib.

Açılış mərasimində Dövlət Agentliyinin sədri innovasiyaların və müasir texnologiyaların dövlət xidmətlərinin səmərəliliyinin artmasındakı rolu və bu istiqamətdə “ASAN xidmət” tərəfindən görülmüş işlər barədə məlumat verib.

Forum çərçivəsində Rumıniyada dövlət xidmətləri sahəsində tətbiq olunan innovativ həllərin təqdimatı, həmçinin seçilmiş layihələrin mükafatlandırılması mərasimi baş tutub.

“ASAN xidmət” Rumıniya Hökumətinin təşəbbüsü və dəvəti ilə bu ölkədə dövlət xidmətləri sahəsində həyata keçirilmiş layihələrin cari il üzrə qiymətləndirilməsində və mükafatlandırılmasında iştirak edib.

“ASAN xidmət” modelinin dövlət xidmətləri sahəsində innovasiyaların və rəqəmsal həllərin tətbiqi ilə əldə etdiyi qabaqcıl nailiyyətlərinə istinad edilərək müsabiqənin qaliblərindən biri Dövlət Agentliyi tərəfindən seçilib və qalibə xüsusi olaraq təsis olunmuş “ASAN” mükafatı təqdim olunub.

Xüsusi “ASAN” mükafatının qalibi Rumıniyanın Yaşı şəhəri tərəfindən həyata keçirilmiş layihə olub. Mükafatın qalibi olmuş layihənin nümayəndələri və Yaşı şəhər rəhbərliyi “ASAN xidmət” təcrübəsi ilə yerində tanış olmaq imkanı əldə edəcəklər.

“ASAN xidmət”ə dair mükafat ilk dəfə olaraq Avropa İttifaqı üzv ölkəsinin nümayəndələrinə təqdim olunub. Bundan öncəki dövrdə müvafiq mükafat Afrika qitəsində dövlət xidmətləri sahəsində qabaqcıl nailiyyətlər əldə etmiş dövlətlərin nümayəndələrinə təqdim edilib.

Forum çərçivəsində həmçinin “ASAN xidmət”ə həsr edilmiş xüsusi sessiya keçirilib və Dövlət Agentliyinin nümayəndəsi tərəfindən müvafiq sahə üzrə ölkəmizin qabaqcıl təcrübəsi barədə geniş təqdimat edilib.

Səfər zamanı baş tutan tədbir və görüşlərdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edir.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kəmaləddin Heydərov: Azərbaycanla Qətər arasında çoxşaxəli əlaqələr daim genişlənir

Next

UEFA Çempionlar Liqası: “Real” evdə “Mançester Siti”yə uduzub

Copyright 2026— Praqraf.com. All rights reserved