Skip to content
09 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 10
  • “Bu, işçilərin hüquqlarının qorunmasında çətinliklər yaradır”

“Bu, işçilərin hüquqlarının qorunmasında çətinliklər yaradır”

admin 10 Dekabr 2025 3 minutes read
IMG-20251210-WA0022
PAYLAŞIN:

“Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddətsiz bağlanır. Amma məcəllənin 47-ci maddəsində istisnalar var ki, bu da bir sıra hallarda işəgötürənlər üçün sui-istifadəyə yol aça bilir”.

Paraqraf.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“Məsələn, həmin istisnalardan biri də tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında müddətli müqavilələrin bağlanmasıdır. Bu da nəinki özəl, həmçinin bir sıra hallarda bəzi dövlət qurumlarında müddətli müqavilələrə üstünlük verilməsinə səbəb olur. Bu da işçilərin əmək hüquqlarının daha yaxından qorunmasında müəyyən çətinliklər yaradır. Nəticədə, işəgötürən, hətta məsul vəzifələrə belə işçini müddətli əmək müqaviləsi ilə cəlb edir və daha sonra onu bir sıra hallarda asanlıqla işdən azad edir.

Hazırda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı 1 milyon 781 min nəfərdir. Onlardan 863,2 min nəfəri dövlət, 918,2 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 36,3%-i əmək müqaviləsi ilə çalışır. Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 64%-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 64-ü müqavilə olmadan işləyir”, – millət vəkili əlavə edib.

Paraqraf.com

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: ABŞ-də təyyarə avtomobilə çırpıldı – Video
Next: Bu məhsullar bahalaşıb

OXŞAR MÖVZULAR

Снимок экрана 2026-03-08 213704

Həmid Herisçi və İlhamiyyə Rıza vəzifədən uzaqlaşdırılıb

admin 08 Mart 2026
177297040921795336769ad61a91b4bc

Pakistan Senatının sədri İranın Azərbaycana dron hücumlarından narahatlığını ifadə edib

admin 08 Mart 2026
177296288022977217869ad4440aae08

Yollarda görünüş məhdudlaşacaq

admin 08 Mart 2026

XƏBƏR LENTİ

Tramp: “İranın növbəti ali liderini özüm seçəcəm” 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp: “İranın növbəti ali liderini özüm seçəcəm”

08 Mart 2026
Həmid Herisçi və İlhamiyyə Rıza vəzifədən uzaqlaşdırılıb Снимок экрана 2026-03-08 213704

Həmid Herisçi və İlhamiyyə Rıza vəzifədən uzaqlaşdırılıb

08 Mart 2026
Makron İlham Əliyevə zəng etdi 1772983923190596956369ad9673d31ca

Makron İlham Əliyevə zəng etdi

08 Mart 2026
SEPAH Azərbaycanı hədələdi – FOTO 1772914415130229062569ac86ef779b8

SEPAH Azərbaycanı hədələdi – FOTO

08 Mart 2026
23 il əvvəlki dərs: İspaniya ABŞ-nin yeni hərbi eskalasiyasına qarşı 100226-sanchez-biografia4

23 il əvvəlki dərs: İspaniya ABŞ-nin yeni hərbi eskalasiyasına qarşı

08 Mart 2026
Avropa və İran: vətəndaşlar müharibəyə yox, diplomatiyaya üstünlük verir 646758675_26123457457262594_5268029254028872089_n

Avropa və İran: vətəndaşlar müharibəyə yox, diplomatiyaya üstünlük verir

08 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.