Skip to content
09 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 10
  • “Bu, işçilərin hüquqlarının qorunmasında çətinliklər yaradır”

“Bu, işçilərin hüquqlarının qorunmasında çətinliklər yaradır”

admin 10 Dekabr 2025 3 minutes read
IMG-20251210-WA0022
PAYLAŞIN:

“Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddətsiz bağlanır. Amma məcəllənin 47-ci maddəsində istisnalar var ki, bu da bir sıra hallarda işəgötürənlər üçün sui-istifadəyə yol aça bilir”.

Paraqraf.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“Məsələn, həmin istisnalardan biri də tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında müddətli müqavilələrin bağlanmasıdır. Bu da nəinki özəl, həmçinin bir sıra hallarda bəzi dövlət qurumlarında müddətli müqavilələrə üstünlük verilməsinə səbəb olur. Bu da işçilərin əmək hüquqlarının daha yaxından qorunmasında müəyyən çətinliklər yaradır. Nəticədə, işəgötürən, hətta məsul vəzifələrə belə işçini müddətli əmək müqaviləsi ilə cəlb edir və daha sonra onu bir sıra hallarda asanlıqla işdən azad edir.

Hazırda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı 1 milyon 781 min nəfərdir. Onlardan 863,2 min nəfəri dövlət, 918,2 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 36,3%-i əmək müqaviləsi ilə çalışır. Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 64%-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 64-ü müqavilə olmadan işləyir”, – millət vəkili əlavə edib.

Paraqraf.com

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: ABŞ-də təyyarə avtomobilə çırpıldı – Video
Next: Bu məhsullar bahalaşıb

OXŞAR MÖVZULAR

IMG_4746

Sabah Bakıda hava yağmursuz keçəcək

admin 09 Mart 2026
IMG_4737

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib

admin 09 Mart 2026
Снимок экрана 2026-03-08 213704

Həmid Herisçi və İlhamiyyə Rıza vəzifədən uzaqlaşdırılıb

admin 08 Mart 2026

XƏBƏR LENTİ

U-23 Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi ilk gündə mübarizəyə başlayacaq IMG_4761

U-23 Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi ilk gündə mübarizəyə başlayacaq

09 Mart 2026
Azərbaycan piy və yağ idxalını 11 %-dən çox artırıb IMG_4760

Azərbaycan piy və yağ idxalını 11 %-dən çox artırıb

09 Mart 2026
Azərbaycan və İran arasında yük daşımaları tam bərpa olunub IMG_4759

Azərbaycan və İran arasında yük daşımaları tam bərpa olunub

09 Mart 2026
Baş İdarə əməliyyat keçirib, 4 nəfərdən 43 kq narkotik vasitə götürülüb IMG_4758

Baş İdarə əməliyyat keçirib, 4 nəfərdən 43 kq narkotik vasitə götürülüb

09 Mart 2026
İrandan fevralın 28-dən bu günədək Azərbaycana 1 918 nəfər təxliyə olunub IMG_4757

İrandan fevralın 28-dən bu günədək Azərbaycana 1 918 nəfər təxliyə olunub

09 Mart 2026
Leyla Əliyeva “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisində iştirak edib IMG_4756

Leyla Əliyeva “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisində iştirak edib

09 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.