“Ukraynada yeni prezident seçkiləri keçirməyin vaxtı çatıb”.
Paraqraf.com xəbər verir ki, bunu “Politico”ya müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.
Müsahibə zamanı jurnalist Trampa Ukraynada prezident seçkilərinin keçirməyin zamanının yetişib-yetişmədiyi ilə bağlı sual ünvanlayıb. O isə cavabında bildirib:
“Bəli, mən belə düşünürəm. Artıq çox vaxt keçib. Hesab edirəm ki, zamanı yetişib. Onlar müharibə bəhanəsi ilə seçkilər keçirmirlər. Zənnimcə, ukraynalıların seçim şansı olmalıdır”.
Paraqraf.com
![]()
Visited 9 times, 1 visit(s) today
