Suriyanın paytaxtı Dəməşqin Mezze rayonunda, hərbi hava limanı yaxınlığında ardıcıl altı partlayış səsi eşidilib. Partlayışların mülki yaşayış məntəqələrindən kənarda baş verdiyi bildirilsə də, hadisənin detalları barədə rəsmi açıqlama verilməyib.
Paraqraf.com xəbər verir ki, Suriya dövlət televiziyası “Əl-Həqbariyyə” partlayışların mənbəyinin araşdırıldığını açıqlayıb.
Dəməşqin cənubunda yerləşən Mezze rayonunda qeydə alınan partlayışların səbəbi hələlik məlum deyil. Suriya rəsmiləri hadisə ilə bağlı hər hansı məlumat paylaşmayıb.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
Visited 12 times, 1 visit(s) today
