Sabiq prezident Nikola Sarkozi Fransanın hazırkı rəhbəri Emmanuel Makronun daha təhlükəsiz həbsxanaya keçmək təklifindən imtina edib.
Paraqraf.com xəbər verir ki, məlumatı “Politico” nəşri yayıb.
N.Sarkozi özünün yazdığı “Məhbusun gündəliyi” avtobioqrafik əsərdə bu barədə yazıb. Kitab dekabrın 10-da satışa çıxarılacaq.
Həbsxanada 21 gün qalmış sabiq prezident orada cəza müddətini çəkməzdən əvvəl E.Makronla keçirdiyi görüş zamanı “imtiyazlı davranış” və “daha təhlükəsiz təcridxana ilə bağlı” təklifləri qəbul etmədiyini bildirib.
“Mənim ona deyəcək sözüm yox idi və mən səmimi söhbət əhvalında deyildim”, – müəllif belə yazıb.
Fransanın 70 yaşlı keçmiş prezidenti (2007-10) 2007-ci ildəki seçkiöncəsi kampaniya zamanı Liviyadan maliyyələşən cinayətkar qrupla iş birliyində ittiham olunub. Ona qarşı irəli sürülən dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsi və passiv korrupsiya ittihamları isə sübuta yetirilməyib və bu maddələr üzrə N.Sarkozi bəraət alıb.
Beşillik həbs cəzasını o, 2025-ci il oktyabrın 21-dən Parisdəki Sante həbsxanasının təkadamlıq kamerasında çəkməyə başlayıb. Sabiq prezident burada 21 gün keçirib. Noyabrın 10-da Parisin Apellyasiya Məhkəməsi onun barədə ilkin qərarı ləğv edib və Sarkozinin məhkəmə nəzarəti altına keçməsi barədə qərar çıxarıb. Onun işinə 2026-cı ilin mart ayında yenidən baxılacağı gözlənilir.
Paraqraf.com
![]()
