Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun və futbol üzrə İngiltərə yığmasının hücumçusu Ayven Touni Londonda barda bir adama kəllə vurmaqda şübhəli bilinərək saxlanılıb.
Paraqraf.com xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə zərərçəkmişin şəkil çəkdirmək üçün futbolçunun boynundan tutmasından sonra baş verib.
İngilis forvardın vurduğu şəxs burnunun sınması ilə bağlı həkimə müraciət edib. Yayılan görüntülərdə polisin idmançını əlləri qandallı şəkildə bardan çıxardığı görünür.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2024-cü ilin avqustunda “Əl-Əhli” klubuna keçib. O, daha əvvəl bir neçə İngiltərə klubunda, ən son isə “Brentford”da oynayıb. Touni İngiltərə yığmasının heyətində yeddi oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.
Paraqraf.com
![]()
