Rusiyanın İvanovo vilayətindəki Uvodskoye su anbarı yaxınlığında “An-22” təyyarəsi qəzaya uğrayıb. Təyyarənin hissələri suyun üzərindən tapılıb.
Paraqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə təcili yardım xidmətləri məlumat verib.
“An-22” (“Antey”) təyyarəsinin yeddi heyət üzvünün öldüyü ehtimal olunur.
Hazırda təcili yardım xidmətləri hadisə yerində işləyir.
Təyyarənin təmirdən sonra adi sınaq uçuşu etdiyi bildirilir. Qəzanın yanacaq sızması səbəbindən baş verdiyi ehtimalı olunur.
Paraqraf.com
![]()
Visited 10 times, 1 visit(s) today
