Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Kamran İmanov: Süni intellektlə bağlı əqli mülkiyyət sahəsində qanunvericiliyə dəyişiklik edilməlidir
ELM VƏ TƏHSİL

Kamran İmanov: Süni intellektlə bağlı əqli mülkiyyət sahəsində qanunvericiliyə dəyişiklik edilməlidir

09 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Süni intellektlə bağlı əqli mülkiyyət sahəsində qanunvericiliyə dəyişiklik edilməlidir.

Paraqraf.com xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov dekabrın 9-da Bakıda “Əqli mülkiyyət və süni intellekt” mövzusunda keçiriIən beynəlxalq konfrans çərçivəsindəki brifinqdə deyib.

Onun sözlərinə görə, süni intellektin əqli mülkiyyətə böyük təsiri var:

“Çünki əqli mülkiyyətlə bağlı hüquqi pozuntuları yaradır. Süni intellekt müəllif, ixtiraçı ola bilər? O, insanla yarışa girir, yoxsa nailiyyətlər qazanması üçün çalışır? Süni intellekt əqli mülkiyyət subyektidirmi? Əgər yeniliyi süni intellektlə insan birgə edirsə, onda müəllif hüququ problemlər ortaya çıxır. Məsələ burasındadır ki, süni intellekt hüquq subyekti də ola bilməz. Bunun üçün beynəlxalq hüquq dəyişməlidir”.

K.İmanov həmçinin bildirib ki, Azərbaycanda süni intellektlə bağlı məsələlər diqqət mərkəzindədir:

“Ölkədə süni intellekt strategiyasının təsdiqlənməsi, Süni İntellekt Akademiyasının yaradılması buna bariz nümunədir. Ona görə də belə bir şəraitdə əqli mülkiyyət sahəsində qanunvericiliyə dəyişikliklər edilməsi zəruridir”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Sizdən aldığımız avadanlıq, həqiqətən, insan həyatını qoruyur”

Next

Getdiyin hər yerdə artıq saç yığmaq yox!

Copyright 2026— Praqraf.com. All rights reserved