Qəzza zolağında davam edən soyqırımı səbəbilə İsrail bu il dünyada ən çox jurnalisti öldürən ölkə kimi qeydə alınıb.
Paraqraf.com xəbər verir ki, “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı 2025-ci ildə dünyada media mənsublarına qarşı həyata keçirilən hücumlarla bağlı hesabat dərc edib.
Hesabata əsasən, bu il müxtəlif hücumlar nəticəsində dünyada 67 jurnalist həyatını itirib ki, onların təxminən yarısının ölümündə İsrail məsuliyyət daşıyır.
2025-ci ildə İsrailin Qəzzaya hücumları nəticəsində 29 fələstinli media nümayəndəsi həlak olub. Bu isə həmin il dünya üzrə öldürülən jurnalistlərin 43 faizinin İsrail hücumları nəticəsində həyatını itirdiyi deməkdir.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
Visited 8 times, 1 visit(s) today
