Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“İnter”in baş məşqçisi Salahla “Liverpul” arasında baş verən qalmaqal barədə danışıb
İDMAN

“İnter”in baş məşqçisi Salahla “Liverpul” arasında baş verən qalmaqal barədə danışıb

09 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

“İnter”in baş məşqçisi Kristian Kivu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI tur qarşılaşması öncəsi “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah ətrafında yaranmış qalmaqala münasibət bildirib.

Paraqraf.com “Goal” nəşrinə istinadən xəbər verir ki, baş məşqçi “Liverpul”da Salahı əvəz edə biləcək futbolçuların olduğunu qeyd edib.

“Salah dünyasəviyyəli futbolçudur, lakin bu bizə aid problem deyil. Bilirəm ki, “Liverpul”un onu əvəz edə biləcək futbolçuları var və komanda bütün tarixi boyunca olduğu kimi, yüksək səviyyəsini qoruyacaq. Biz komandalardan danışırıq, ayrı-ayrı oyunçulardan yox. Buna görə biz fərdlərin deyil, kollektivin nə etdiyi barədə narahat olmalıyıq”, – deyə Kivu açıqlamasında deyib.

Xatırladaq ki, daha əvvəl misirli futbolçu məşqçi Arne Slotu tənqid edib və komandadakı rolundan narazılığını bildirib. Bundan sonra futbolçu ardıcıl üç görüşdə start heyətində meydana çıxmayıb, üstəlik, “İnter”ə qarşı keçiriləcək oyunun iştirak ərizəsinə daxil edilməyib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiya Silahlı Qüvvələri Dnepropetrovskda yaşayış məntəqəsini nəzarət altına aldı

Next

Şeyxin mühafizə xidmətinin keçmiş rəisi stadion aldı

Copyright 2026— Praqraf.com. All rights reserved