Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan–NATO əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub
SİYASƏT

Azərbaycan–NATO əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub

09 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Dekabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “16-cı NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini – Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Paraqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qonaqları salamlayan müdafiə naziri Azərbaycan ilə NATO arasında xüsusi əhəmiyyət daşıyan əlaqələrin hər iki tərəf üçün peşəkar hərbi kadrların inkişafına müsbət töhfə verdiyini bildirib.

General-polkovnik Z.Həsənov NATO-nun dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında rolunu yüksək qiymətləndirib, ölkəmizin alyansla qarşılıqlı əməkdaşlığa daim önəm verdiyini, həmçinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə əlavə qüvvələrin bəyan edildiyini diqqətə çatdırıb.

Kontr-admiral Y.Karagülle Azərbaycan-NATO əlaqələrinin daha da genişləndirilməsini, həmçinin ölkəmizin Alyansın həyata keçirdiyi təhlükəsizlik və sabitliyin təşviqi, böhrana cavab əməliyyatlarında iştirakını yüksək qiymətləndirib və qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin səmərəli olduğunu xüsusi vurğulayıb.

Bu günədək Azərbaycan Ordusunun NATO qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi Konsepsiyası çərçivəsində xidmət edən 40-dan çox zabitinin peşəkarlığı yüksək qiymətləndirilib.

Görüşdə ölkəmizlə Alyans arasında hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.

“Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramı çərçivəsində Azərbaycan Ordusunun 250-dək nümayəndəsinin xarici ölkələrdə keçirilən 146 beynəlxalq tədbirdə, 395 nəfərin isə ölkəmizdə təşkil edilən 33 NATO tədbirində iştirak etdiyi bildirilib.

Qeyd edək ki, dekabrın 12-dək keçiriləcək “16-cı NATO günləri” çərçivəsində qonaqlar bir neçə hərbi hissəni və Mili Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət edəcəklər.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Elvin Yunuszadə yubiley oyununa çıxıb

Next

Azərbaycanın Əməkdar məşqçisi vəfat edib

Copyright 2026— Praqraf.com. All rights reserved