Hindistan Apple və digər smartfon istehsalçılarını ölkədə satılan bütün cihazlarda GPS yerləşdirmə xidmətlərini daim aktiv saxlamağa məcbur edəcək tənzimləməni nəzərdən keçirir.
Paraqraf.com xarici mediaya istinadən xəbər verir ki, tənzimləmə qüvvəyə minərsə, istifadəçilər GPS-i söndürə bilməyəcək. Bu isə məxfiliklə bağlı potensial risklər səbəbindən ciddi mübahisələr yaradıb.
Hazırda smartfonlarda GPS yalnız tətbiqlər tələb etdikdə və ya təcili zənglər zamanı aktivləşir.
Hindistanda telekommunikasiya sektorunu təmsil edən COAI isə baza stansiyalarının trianqulyasiya metodunun araşdırmalar üçün kifayət qədər dəqiq yer məlumatı təqdim etmədiyini iddia edib.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
Visited 9 times, 1 visit(s) today
