Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Qobu, Xırdalan və Fatmayı bələdiyyələri torpaqları hərraca çıxardı
İQTİSADİYYAT

Qobu, Xırdalan və Fatmayı bələdiyyələri torpaqları hərraca çıxardı

08 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Gələn il yanvarın 7-də ölkənin müxtəlif rayonlarında torpaq müsabiqə və hərracları keçiriləcək.

Paraqraf.com Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 47 yerli strukturun təqdim etdiyi 80-ə yaxın fərdi yaşayış, sahibkarlıq və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin satışı və icarəsi təşkil olunacaq.

Satışa çıxarılan torpaq sahələri arasında Abşeron rayonunun Qobu, Xırdalan və Fatmayı bələdiyyələrinə məxsus yaşayış təyinatlı ərazilər də var. Burada torpaqların sahəsi 100-800 kvadratmetr arasında dəyişir, ilkin satış qiymətləri isə 5300-8800 manat aralığında müəyyən edilib.

Salyan rayonunun Şorsulu və Arbatan kəndlərində isə sahibkarlıq və kənd təsərrüfatı məqsədilə torpaq sahələri təklif olunur. Şorsulu kəndindəki 400 kvadratmetrlik sahə 12 min manat start qiyməti ilə təklif olunur.

İcarəyə verilən torpaq sahələri əsasən kənd təsərrüfatı təyinatlıdır: Sabirabad, Neftçala, Saatlı, Şəmkir, Qax, Şəki, Zaqatala və digər rayonlarda yerləşən, ölçüləri 1 hektardan 108 hektaradək olan ayrı-ayrı sahələr 15 illik icarə müddəti ilə təklif olunur. Bu kateqoriyaya daxil olan sahələrdən Sabirabad rayonunun Qaralı kəndində yerləşən 108,5 hektarlıq ərazi 10850 manat start qiyməti, Quba rayonunun Mahmudqışlaq kəndində yerləşən 1,7 hektarlıq torpaq sahəsi isə 272 manat start qiyməti ilə hərraca çıxarılıb.

Torpaq müsabiqə və hərracları barədə daha ətraflı buradan tanış olmaq olar.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sumqayıtda iki min abonentin qazı kəsiləcək

Next

Tailand və Kamboca arasında gərginlik pik həddə: 600-dən çox məktəb bağlandı

Copyright 2026— Praqraf.com. All rights reserved