Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Prokurorluqda aparılan araşdırmalara müdaxilə etməyi vəd verən şəxsə hökm oxundu
HADİSƏ

Prokurorluqda aparılan araşdırmalara müdaxilə etməyi vəd verən şəxsə hökm oxundu

08 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Sabunçu Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Akif Hacızadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Paraqraf.com Pravda.az-a istinadən xəbər verir ki, hakim Samirə Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona iki il doqquz ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Məhkəmə materiallarına əsasən, Akif Hacızadə qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirməkdə, yəni təkrar dələduzluq etməkdə ittiham olunur.

İttihama görə, təqsirləndirilən şəxs tanışı ilə cinayət əlaqəsinə girərək zərərçəkmiş şəxslərə Nərimanov Rayon Prokurorluğunda aparılan araşdırmaların onların xeyrinə həll ediləcəyi barədə yalan vədlər verib. Bu məqsədlə o, 1-15 dekabr 2024-cü il tarixləri arasında zərərçəkmiş S.S. və zərərçəkmiş M.M.-in (hər ikisinin adı, soyadı şərtidir) ümumilikdə 15 000 manat pul vəsaiti vermələrinin zəruri olduğunu bildirib. Bu zaman onun tanışı hüquq müdafiəçisi olmadığı halda, özünü hüquq müdafiəçisi kimi təqdim edib və bununla zərərçəkmiş şəxslərin etibarını qazanıb. Daha sonra guya göstərilən hüquqi yardımla əlaqədar olaraq onlardan müxtəlif məbləğlərdə pul toplanılıb.

Beləliklə, qrup halında həyata keçirilmiş dələduzluq nəticəsində zərərçəkmiş şəxs S.S.-ə 7 500 manat, zərərçəkmiş M.M.-ə isə 7 500 manat olmaqla, ümumilikdə xeyli miqdarda maddi ziyan vurulub.

Bundan əlavə, Akif Hacızadə başqa bir epizod üzrə də özgənin əmlakını aldatma yolu ilə ələ keçirməsi müəyyən edilib. Belə ki, o, 2024-cü ilin may ayında zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) Binəqədi RPİ-də aparılan araşdırmanın xeyrinə həll olunması üçün “videogörüntülərin arxivdən götürüləcəyi” barədə yalan vəd verərək 5 000 manat məbləğində pul tələb edib. Bu məqsədlə o, zərərçəkmiş şəxsdən 23 dekabr 2024-cü il və 19 yanvar 2025-ci il tarixlərində müxtəlif məbləğlərdə, ümumilikdə 3 000 manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Braziliyada kitabxanaya basqın: Sənət əsərləri oğurlandı

Next

İsveçdə neonasistlərin yürüşü zamanı 15 nəfər saxlanılıb

Copyright 2026— Praqraf.com. All rights reserved