Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Prezidentin köməkçisi: “Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb”
İQTİSADİYYAT

Prezidentin köməkçisi: “Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb”

08 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

“Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar şəffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub”.

Paraqraf.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edərək 81.4 faizə çatıb.

“Qeyri-neft sektorunun iki dəfə artması ölkədə biznes mühitinin səmərəli şəkildə formalaşdığını deməyə əsas verir. Hazırda Azərbaycan 10 ölkə ilə ticarət sazişi imzalayıb. Bu sazişlər beynəlxalq ticarətin daha da genişlənməsinə imkan verir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinin təkmilləşməsi gömrükdə rəqəmsal sistemin tətbiq edilməsi ilə təmin olunub”, – deyə Şahmar Mövsümov vurğulayıb.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ağdam şəhərində insan skeletinin qalıqları aşkar edilib

Next

Sumqayıtda iki min abonentin qazı kəsiləcək

Copyright 2026— Praqraf.com. All rights reserved