Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Kənd təsərrüfatında problemləri aradan qaldıracaq 16-dan artıq modul hazırlanacaq
İQTİSADİYYAT

Kənd təsərrüfatında problemləri aradan qaldıracaq 16-dan artıq modul hazırlanacaq

08 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycanda 2026-cı ildə kənd təsərrüfatında həm bitkiçilik, həm heyvandarlıq problemlərinin aradan qaldırılmasına yönələn 16-dan artıq modul hazırlanacaq.

Paraqraf.com xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Süni İntellekt layihəsinin rəhbəri Surxay Novruzov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi “McKınsey and Company” şirkəti ilə böyük, ambisiyalı yol xəritəsi hazırlayıb: “Bu sənəd iki ili əhatə edir. Bu yol xəritəsi çərçivəsində kənd təsərrüfatında həm bitkiçilik, həm heyvandarlıq problemlərinin aradan qaldırılmasına yönələn modullar hazırlamaq nəzərdə tutulur. Bunlardan bir qismi – təxminən 10-a yaxını ya bitib, ya da ki, artıq bitmə perioduna yaxınlaşır”.

O əlavə edib ki, hazırda kənd təsərrüfatı sahəsində problemlər əsasən bitki xəstəlikləri, məhsul proqnozu, sahələrin xəritələnməsi, iqlim məlumatları və heyvandarlıq sahəsinin üzləşdiyi problemləri əhatə edir: “2026-cı ildə biz 16-dan artıq modulu istifadəyə verməyi planlaşdırdıq. Ümumilikdə, bu layihə 30-dan artıq modulu əhatə edir”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Zelenski: Ukrayna və Aİ sabah axşama qədər sülh planının layihəsini yekunlaşdıracaqlar

Next

Azərbaycan İraqa arpa satışını 75 dəfə artırıb

Copyright 2026— Praqraf.com. All rights reserved