Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib
SİYASƏT

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib

07 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2026-cı ilin mart ayında təşkil olunacaq XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çin Xalq Respublikasının Quançjou şəhərində toplantı keçirib.

Paraqraf.com xəbər verir ki, toplantıda forumun konseptual çərçivəsi, əsas mövzular və beynəlxalq tərəfdaşların cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Toplantıda Mərkəzin İdarə Heyətinin üzvləri iştirak ediblər. Müzakirələr zamanı qlobal təhlükəsizlik, davamlı inkişaf, iqtisadi transformasiya və texnoloji dəyişikliklərin təsirləri forumun prioritet istiqamətləri kimi müəyyənləşdirilib.

Forum çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) və Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) ilə yüksək səviyyəli birgə panellərin keçirilməsi və əməkdaşlığın gücləndirilməsi barədə danışılıb.

Bununla yanaşı, forum çərçivəsində Dünya İncəsənət və Elm Akademiyası (WAAS) və The Economist jurnalı ilə birgə yan tədbirlərin (side event) keçirilməsinin nəzərdə tutulduğu bildirilib.

Toplantıda həmçinin Bakıda keçiriləcək XIII Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Mərkəzin iştirakı və dəstəyi, eləcə də UN-HABITAT ilə bu istiqamətdə əməkdaşlıq müzakirə olunub.

Qeyd edilib ki, növbəti hazırlıq toplantısı Səudiyyə Ərəbistanının Riyad şəhərində keçiriləcək.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Prezident: Qırğızıstan Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlıq formatını dəstəkləyən ilk ölkələrdəndir

Next

Hikmət Hacıyev Doha Forumu çərçivəsində müzakirələrlə bağlı video paylaşıb

Copyright 2026— Praqraf.com. All rights reserved