Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin baş müşaviri ilə görüşüblər
SİYASƏT

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin baş müşaviri ilə görüşüblər

07 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərinə səfər ediblər.

Paraqraf.com AZƏRTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 7-də Banqladeş müvəqqəti hökumətinin baş müşaviri, dünyaşöhrətli iqtisadçı, Nobel Sülh Mükafatı laureatı professor Məhəmməd Yunusla görüşüblər.

Görüşdə Prezident İlham Əliyevin ən səmimi salamları baş müşavir M.Yunusa çatdırılıb. Onun sonuncu dəfə 2024-cü ilin noyabrında COP29-da iştirak daxil olmaqla, müxtəlif illərdə Azərbaycana çoxsaylı səfərlər etdiyi, bir neçə dəfə Azərbaycan Prezidenti ilə görüşdüyü və ölkəmizdə hər zaman xoş qarşılandığı vurğulanıb.

Azərbaycanın Banqladeşlə daima dostluq əlaqələrinə malik olduğu, müxtəlif formatlarda uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Məhəmməd Yunusa Leyla Əliyevanın və Arzu Əliyevanın Dəkkədə fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş və kimsəsiz uşaqlar üçün müəssisəni ziyarət etdikləri barədə məlumat verilib.

Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin Banqladeşin müvafiq təşkilatları ilə birgə humanitar, sosial, gənclər və könüllülər, ətraf mühit və təbiətin mühafizəsi kimi sahələrdə əməkdaşlıqda, həmçinin birgə layihələr həyata keçirməkdə maraqlı olduğu qeyd edilib.

Baş müşavir Məhəmməd Yunus ölkəmizə çoxsaylı səfərləri zamanı Azərbaycan Prezidenti görüşlərini hər zaman məmnunluqla xatırladığını bildirib, öz növbəsində onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib. O, COP29 çərçivəsində Prezident İlham Əliyevlə görüşdə qeyd edildiyi kimi, iki ölkə arasında səmərəli əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib və praktiki fəaliyyətlərin həyata keçirilməsinin vacibliyinə toxunub.

M.Yunus Azərbaycanın müxtəlif sahələrdə böyük nailiyyətlər əldə etdiyinin şəxsən şahidi olduğunu deyib, Banqladeşlə əməkdaşlığın inkişafı və praktiki dəstək proqramlarının icrası üzrə göstərilən səylərə görə dərin təşəkkürünü bildirib.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib

Next

Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb

Copyright 2026— Praqraf.com. All rights reserved