Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin Elm və Təhsil Komitəsi, Elm və Təhsil Nazirliyi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev – Tarixin Böyük Şəxsiyyəti” mövzusunda Respublika Elmi Konfransı keçirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafında oynadığı misilsiz rol, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi strateji qərarlar, eləcə də onun çoxşaxəli irsinin gənc nəslin formalaşmasında əhəmiyyəti geniş müzakirə olunub.
Çıxışım zamanı xüsusi olaraq qeyd etdim ki, Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf modeli bu gün də ölkəmizin siyasi, sosial və iqtisadi yüksəlişinin əsas dayağını təşkil edir. Onun dövlət idarəçiliyi fəlsəfəsi Azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə, milli həmrəyliyin güclənməsinə və ölkədə uzunmüddətli sabitliyin təmin olunmasına mühüm töhfə verib.
Konfrans çərçivəsində bildirildi ki, bu kimi elmi tədbirlərin təşkili gənclər arasında dövlətçilik düşüncəsinin gücləndirilməsi, milli ideologiyanın daha dərindən mənimsənilməsi və Ulu Öndərin ideyalarının gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.




Paraqraf.com
![]()
