Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Azərbaycan cüdoçusu: “50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm”
İDMAN

Azərbaycan cüdoçusu: “50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm”

07 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan cüdoçusu Kənan Nəsibov 50 gün müddətində qazandığı 3-cü qızıl medala görə çox sevinclidir.

Paraqraf.com xəbər verir ki, idmançı bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

21 yaşlı tatami ustası cüdo üzrə Azərbaycan çempionatının fərdi yarışlarında birinci yeri tutmasına münasibət bildirib:

“Yarış çox çətin keçdi. Sözün düzü, fiziki durumum yerində olsa da, yarışa psixoloji hazır deyildim. Çünki təlim-məşq toplanışından yeni qayıtmışam. 50 gün ərzində üçüncü qızıl medalı qazandım. Buna görə çox sevinirəm. Daha əvvəl Moldovada 23 yaşadək cüdoçular arasında Avropa çempionu adını qazandım, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirində qızıl medala sahib çıxdım. İndi Azərbaycan çempionu oldum”.

O, növbəti hədəflərindən də söz açıb:

“2026-cı ildə Gürcüstanın paytaxtı Tbilisidə böyüklər arasında Avropa çempipnatı olacaq. İnşallah tatamiyə çıxmaq şansı qazansam, fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istəyirəm. Bundan başqa, Bakıda dünya çempionatı keçiriləcək. Mundialda da ən yüksək nəticəni göstərməyə çalışacağam”.

Qeyd edək ki, Kənan Nəsibov +100 kq çəki dərəcəsində qızıl medala sahib çıxıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Premyer Liqa: “Karvan-Yevlax” bu gün “Şamaxı”nı qəbul edəcək

Next

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi Cerrardı baş məşqçi postuna gətirməyi düşünür

Copyright 2026— Praqraf.com. All rights reserved