İrlandiya donanmasının gəmisi Ukrayna Prezidenti Vladimir Zelenski ötən bazar ertəsi İrlandiyaya gələn zaman onun uçuş marşrutu yaxınlığında fəaliyyət göstərən beş pilotsuz uçuş aparatını (PUA) aşkarlayıb.
Paraqraf.com xəbər verir ki, bu barədə “Irish Times” məlumat yayıb.
Aşkarlanan PUA-ların uçuş trayektoriyasına müdaxilə edə biləcəyi ehtimalı ciddi təhlükəsizlik narahatlığı yaradıb. Zelenskini daşıyan təyyarə təhlükəsizlik məqsədi ilə planlaşdırılandan bir qədər əvvəl eniş edib və hazırda hər hansı təhlükə olmadığı bildirilir.
Ukrayna nümayəndə heyəti Rusiyanın Ukraynada davam etdirdiyi müharibə fonunda dəstək toplamaq məqsədilə Avropa turu çərçivəsində bazar ertəsi axşamı Dublinə gəlib və növbəti gün gec saatlarda İrlandiyanı tərk edib.
Son aylarda mənşəyi bilinməyən PUA-ların uçuşları Avropada hava məkanı ilə bağlı əməliyyatlara təsir göstərib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu kimi pozuntuları “hibrid müharibə” adlandırıb.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
