ABŞ Prezidenti Donald Tramp köhnə qitədə “sivilizasiyanın məhvi”ni proqnozlaşdıraraq, Avropa üçün qiyamət ssenarisi hazırlayıb.
Paraqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ ifrat sağçı partiyaların arqumentlərini əhatə edən və Prezident Donald Trampın imzasını daşıyan 33 səhifəlik “Milli Təhlükəsizlik Strategiyası”nı təqdim edib.
Sənəd Avropaya növbəti 20 il ərzində “sivilizasiyasının məhv olacağı” barədə xəbərdarlıq edir.
Sənədin əsas tezisləri və prioritetləri aşağıdakılardır:
O, Avropa İttifaqını (Aİ) və digər transmilli təşkilatları siyasi azadlığa və suverenliyə zərbə vurmaqda ittiham edir.
O, “qitəni dəyişdirən və münaqişələr yaradan” miqrasiya siyasətini sərt şəkildə tənqid edir.
O, qitəni “öz müdafiəsi üçün əsas məsuliyyəti” öz üzərinə götürməyə təşviq etməyi təklif edir.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
