Suriya Prezidenti Əhməd Şaraa Doha Forumunda çıxış edərək İsrailin Suriyaya qarşı davam edən hücumlarını kəskin şəkildə tənqid edib və onu zorakılıqda ittiham edənlərə cavab verib.
Paraqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Şaraa Qətərin paytaxtı Dohada keçirilən 23-cü Doha Forumunda “Ədalət Fəaliyyətdə: Vədlərdən Tərəqqiyə” mövzusu ilə çıxış edib.
Prezident bildirib ki, İsrail 2024-cü il dekabrın 8-dən bu günə qədər Suriyada “mindən çox hava hücumu və yüzlərlə yerüstü pozuntu” həyata keçirib. Onun sözlərinə görə, ən son hücum Dəməşq ətrafındakı Beyt Cin qəsəbəsində baş verib və nəticədə çoxsaylı dinc sakin həyatını itirib.
Şaraa əlavə edib ki, Suriya İsrailin 8 dekabr 2024-dən sonra işğal etdiyi ərazilərdən çıxmasını təmin etmək üçün beynəlxalq tərəfdaşlarla birlikdə çalışır və bu tələb bir çox ölkə tərəfindən dəstəklənir.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
