Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/“Sanat Art Center”də “Jazz-Mugham” adlı xüsusi konsert təşkil olunub
MƏDƏNİYYƏT

“Sanat Art Center”də “Jazz-Mugham” adlı xüsusi konsert təşkil olunub

06 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

“Sanat Art Center”də “Jazz-Mugham” adlı xüsusi konsert təşkil olunub.

Paraqraf.com xəbər verir ki, konsertdə improvizasiya, virtuoz ifa tərzi və emosional dolğunluq vahid bir musiqi nəfəsi kimi səhnədə canlandırılıb.

Konsert proqramında Azərbaycan və Fransadan olan tanınmış sənətçilər çıxış edərək öz fərdi üslubları və ustalıqları ilə gecəyə xüsusi rəng qatıblar.

Paris və Bakı arasında yaradıcılıq fəaliyyətini davam etdirən tanınmış azərbaycanlı pianoçu, bəstəkar və aranjımançı Etibar Əsədlinin musiqisi Şərq və Qərbin kəsişdiyi bir körpü kimi muğamı, cazı, xalq və akademik musiqi ünsürlərini bir araya gətirir. E.Əsədlinin ifası və kompozisiyaları Avropanın nüfuzlu səhnələrində böyük maraqla qarşılanır.

Azərbaycan musiqi səhnəsinin ən güclü və ifadəli vokallarından biri, yeni nəsil muğam ifaçılarının seçilən nümayəndəsi olan İlkin Dövlətovun səsi ənənəvi Şərq intonasiyasını müasir caz ilə ustalıqla birləşdirir və hər ifaya xüsusi emosional dərinlik qazandırır.

Azərbaycanın Əməkdar artisti, beynəlxalq festivallarda və çoxsaylı layihələrdə çıxış edən tanınmış bass ifaçısı Ruslan Hüseynovun texnikaya əsaslanan, lakin eyni zamanda yumşaq və musiqiyə xidmət edən üslubu səhnədə ritmik sabitlik və harmonik zənginlik yaradır.

Avropanın bir çox məşhur caz səhnələrində çıxış edən istedadlı fransız baraban ifaçısı Martin Vangermi (Fransa) texniki dəqiqliyi, zərb alətlərində ritmik incəlikləri və səhnədə canlı enerjisi ilə fərqlənir. Martin ifasında improvizasiya və dinamik ritmləri birləşdirərək konsertə xüsusi caz atmosferi bəxş edib.

Gecə ərzində milli Azərbaycan melodiyaları cazın müasir ritmləri ilə qovuşaraq dinləyicilərə əsl musiqi zövqü və yeni bədii təcrübə yaşadıb.

“Sanat Art Center” bu kimi layihələrlə Azərbaycan musiqisinin zənginliyini və çağdaş ifadə imkanlarını geniş auditoriyaya çatdırmağı, yerli və beynəlxalq musiqiçiləri bir araya gətirən platforma rolunu daha da gücləndirməyi hədəfləyir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur

Next

Samux rayon icra başçısının müavini işdən çıxıb

Copyright 2026— Praqraf.com. All rights reserved