Xaçmaz rayonunun Qımılqışlaq kəndində yerləşən Şəmsəddin Sədiyev adına tam orta məktəbin peşə təmayüllü siniflərində təhsil alan aşbaz köməkçisi, dərzi köməkçisi və kompüter operatoru ixtisaslarının şagirdləri praktiki məşğələlərə böyük maraq göstərirlər. Şagirdlər peşələrini sevərək dərslərdə öyrəndiklərini həvəslə tətbiq edir və bacarıqlarını inkişaf etdirməyə çalışırlar.
Məktəb rəhbərliyinin və müəllimlərin sözlərinə görə, peşəyə sevgi ilə yanaşan hər bir şagird zamanla bilik və bacarıqlarını təkmilləşdirərək gələcəkdə daha yüksək nəticələr əldə edə bilər. Bu yanaşma onların həm gələcək karyerasına, həm də cəmiyyət üçün faydalı fərdlər kimi formalaşmasına töhfə verir.
Müəllim və pedaqoqlar vurğulayırlar ki, valideynlərlə sıx əməkdaşlıq edilərək istedadlı və bacarıqlı şagirdlərin üzə çıxarılması, onların peşə seçimində düzgün istiqamətləndirilməsi vacibdir. “Necə ki, əkilən toxum düzgün qulluq nəticəsində böyük ağaca çevrilir, eləcə də şagirdə göstərilən diqqət və verilən bilik gələcəkdə cəmiyyət üçün dəyər yaradır”, – deyə müəllimlər bildirirlər.
Məktəbdə peşə təmayüllü siniflərin inkişafı gələcək kadr potensialının formalaşmasına mühüm töhfə kimi qiymətləndirilir.
Elçin Ağasiyev
Paraqraf.com
![]()
