Prezident Ərdoğan Venesuela Prezidenti Nikolas Maduro ilə telefonla danışıb. Türkiyə ilə Venesuela arasında ikitərəfli münasibətlər, eləcə də regional məsələlər müzakirə edilib.
Paraqraf.com xəbər verir ki, bu barədə Rabitə İdarəsi məlumat yayıb.
Bildirilib ki,Prezident Ərdoğan Venesuela Prezidenti Maduroya bölgələrində baş verən hadisələri yaxından izlədiklərini və Türkiyənin problemlərin dialoq yolu ilə həll olunacağına inandıqlarını və bu mövqeni hər platformada ifadə etdiklərini söylədi.
Prezident Ərdoğan ABŞ və Venesuela arasında dialoq kanallarının açıq saxlanılmasının vacib olduğunu və gərginliyin tezliklə azalacağına ümid etdiyini bildirib.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
Visited 13 times, 1 visit(s) today
