Kanada Suriyanı “Terrorun xarici sponsorları” siyahısından çıxardığını açıqlayıb.
Paraqraf.com xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı məlumatda hərtərəfli araşdırmalardan sonra Suriyanın “Terrora dəstək verən xarici dövlətlər” siyahısından, Heyət Təhrir əş-Şamın (HTŞ) isə “Terror təşkilatları” siyahısından çıxarıldığı bildirilib.
Bu addımlar Suriya keçid hökumətinin ölkədə və regionda sabitliyin təmin edilməsi üçün qlobal tərəfdaşlarla əməkdaşlıq səylərini dəstəkləmək üçün atılıb.
Kanadanın xarici işlər naziri Anita Anand isə açıqlamasında bildirib ki, Kanada Əsəd rejiminin sona çatmasından bu yana Suriya keçid hökumətinin dinc, Suriyanın rəhbərlik etdiyi siyasi keçidə doğru atdığı müsbət addımları alqışlayır.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
