Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Azərbaycanın beş boksçusu dünya çempionatında mərhələ adlayıb
İDMAN

Azərbaycanın beş boksçusu dünya çempionatında mərhələ adlayıb

06 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Azərbaycanın beş boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mərhələ adlayıb.

Paraqraf.com xəbər verir ki, mundialın ikinci günündə Avropa çempionu Sübhan Mamedov (48 kq) debütdə Joey Kanoyla (Filippin) qarşılaşıb.

Boksçu üçüncü raundda rəqibinə tam üstünlüklə qalib gəlib. Mamedov 1/8 finalda ilk mərhələdən azad olan Mehron Şafiyevlə (Tacikistan) döyüşəcək.

Zaur Qəhrəmanov (67 kq) da startda qələbə qazanıb. O, Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Boksçu 1/8 finalda Tomas Kasazzanı (Argentina) sınağa çəkəcək.

Səidcəmşid Cəfərov (75 kq) 1/16 finalda üzləşdiyi irlandiyalı boksçu Qavın Rafferti ilə döyüşüb və qələbəylə tərk edib. Bu qələbə sayəsində 1/8 finala yüksələn boksçumuz  növbəti mərhələyə keçmək üçün yaponiyalı Dayqo Sunaqaya ilə döyüşəcək. Həmin görüş sentyabrın 9-da keçiriləcək.

Mundialın 4-cü günündə isə Azərbaycan millisinin daha 2 idmançısı mərhələ adlayıb.

55 kq-da Nicat Hüseynov kubalı Rolando Martines Pereslə qarşılaşıb. 1/16 final mərhələsi çərçivəsində baş tutan döyüş təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb. Hüseynov rəqibini 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, növbəti görüşünü Bilguunsayxan Xarxuya (Monqolustan) qarşı keçirəcək.

Murad Allahverdiyev (80 kq) də adını 1/8 finala yazdırıb. Boksçumuz Amar Koçini (Albaniya) mübarizədən kənarlaşdırıb – 4:1 (30:27, 29:28, 29:28, 28:29, 30:27). O, ikinci qarşılaşmasında Filip Akilovla (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.

Hər iki boksçumuz 1/8 final döyüşünə sentyabrın 9-da çıxacaq.

Alfonso Dominqes (90 kq) isə reytinqinə görə bu mərhələdən yarışa qoşulacaq.

Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.

Paraqraf.com

 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan Premyer Liqası: “Qarabağ” səfərdə “Zirə” ilə üz-üzə gələcək

Next

DÇ-2026-nın final mərhələsinin püşkü atılıb

Copyright 2026— Praqraf.com. All rights reserved