Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Azərbaycan çayı beynəlxalq AVPA müsabiqəsində iki mükafat alıb
MƏDƏNİYYƏT

Azərbaycan çayı beynəlxalq AVPA müsabiqəsində iki mükafat alıb

06 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Fransanın paytaxtı Paris şəhərində keçirilən 8-ci Beynəlxalq AVPA Çay Müsabiqəsində Azərbaycan çayının uğurlu təqdimatı baş tutub.

Paraqraf.com xəbər verir ki, dünyanın 18 ölkəsindən 300-dən çox çay məhsulunun 25 müxtəlif kateqoriya üzrə qiymətləndirildiyi nüfuzlu yarışmada, Azərbaycan istehsalı olan “Azər Çay”ın iki məhsulu mükafata layiq görülüb.

Fireland Azərbaycanlılar Birliyi müsabiqədə “Azər Çay”ın tərəfdaşı qismində iştirak edərək mükafatları qəbul edib. AVPA tərəfindən artıq səkkizinci dəfə təşkil olunan bu beynəlxalq yarışmada Azərbaycan çayı ilk dəfə bu miqyasda təmsil olunub.

Müsabiqədən əvvəl Azərbaycan çayı Belçikanın paytaxtında keçirilən Brüssel Beynəlxalq Çay Festivalında nümayiş etdirilib və festival iştirakçılarının böyük marağına səbəb olub. Məhz bu uğurlu təqdimatdan sonra Azərbaycan çayı AVPA tərəfindən Parisdə keçirilən müsabiqəyə dəvət olunub.

Paris yarışmasında ümumilikdə Azərbaycan istehsalı olan 4 çay növü iştirak edib və onlardan 2-si mükafat qazanıb. Bu nailiyyət Azərbaycan çayının beynəlxalq bazarda artan rəqabət qabiliyyətinin və yüksək keyfiyyətinin bir daha təsdiqidir.

Bu uğur Azərbaycan çayının beynəlxalq arenada tanıdılması istiqamətində mühüm addımdır və gələcəkdə daha genişmiqyaslı təqdimatlar üçün yeni imkanlar açır. Tədbirin təşkilatçıları Fireland Azərbaycanlılar Birliyini 2026-cı ildə Parisdə keçiriləcək Çay Festivalına rəsmi olaraq dəvət etmişdir.

Sözügedən layihədə Fireland Azərbaycanlılar Birliyi Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinin dəstəyi ilə iştirak edib. O cümlədən, Parisdə keçirilən mükafatlandırma mərasimində FireLand Azərbaycanlılar Birliyinin üzvləri ilə yanaşı Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da iştirak edib, əldə edilən nailiyyət münasibətilə öz təbriklərini çatdırıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb

Next

Yusif Məmmədəliyevin 120 illik yubileyi ilə bağlı konfrans başa çatdı

Copyright 2026— Praqraf.com. All rights reserved