Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 6
  • Almaniyada minlərlə məktəbli yeni hərbi xidmət qanununa etiraz edib

Almaniyada minlərlə məktəbli yeni hərbi xidmət qanununa etiraz edib

admin 06 Dekabr 2025 2 minutes read
IMG-20251206-WA0003
PAYLAŞIN:

Almaniyanın bir sıra şəhərlərində minlərlə məktəbli Bundestaqın hərbi xidmətin yeni modeli haqqında qanun layihəsi qəbul etməsinə etiraz olaraq nümayişlərdə iştirak edib.

“Paraqraf.com”un DPA agentliyinə istinadən verdiyi xəbərə görə, bir çox yeniyetmələr məcburi məktəbə davamiyyətinə baxmayaraq, dərsdən yayınıblar.

Etiraz aksiyaları “Məktəblərin hərbi xidmətə çağırışa qarşı tətili” şüarı altında keçirilib. Polisin məlumatına görə, təxminən 3000 nəfər Berlində toplaşaraq Kroytsberq rayonun küçələri ilə yürüş keçirib.

Nümayişdə azyaşlı uşaqları olan valideynlər və ibtidai sinif şagirdləri də iştirak edib. Etirazlara Hamburqda 1700, Dortmundda 1000 və Frankfurt- Mayndə 600-ə yaxın insan qatılıb.

Nümayişçilər əllərində “Bundesver üçün bir nəfər də yox, bir sent də yoxdur”, “Təhsil üçün daha çox, silah üçün daha az”, “Məcburi xidmət olmadan gələcək üçün” kimi şüarlar yazılmış lövhələr tutublar. Ölkənin cənubu- Haydelberq, Münhen və Ştutqarda da etiraz aksiyaları keçirilib.

Dekabr 5-də Bundestaq Almaniyada hərbi xidmətin yeni modeli haqqında qanun qəbul edib. Almaniyanın müdafiə naziri Boris Pistorius tərəfindən təklif edilən qanun layihəsi gənclərin tibbi müayinədən keçməsini və hərbi qeydiyyatı bərpa etməyi tələb edir. Potensial işə qəbul olunanlardan fiziki hazırlığı və Almaniya Silahlı Qüvvələrinə qoşulmağa hazır olduqları barədə sorğu anketlerini doldurmaq tələb olunacaq.

Paraqraf.com

Loading

Visited 14 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Rubio AK-nın “X”i cərimələməsini Amerika xalqına qarşı hücum adlandırıb
Next: Belarus nüvə enerjisi istehsalını genişləndirir

OXŞAR MÖVZULAR

f1LyQ5ramnSrNKwgEuk0oxI7oyq5ifJTng7I0clI_1200

Paşinyan: Ermənistan yük maşınlarının Rusiyaya girişinə qadağa barədə rəsmi məlumat yoxdur

admin 23 Aprel 2026
COgkxRYlRdsQU3ydsq2jF2PiPiEzU9txTsfC9xWp_1200 (1)

İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq

admin 23 Aprel 2026
sDr2ozn2wvIJhFWAyv9TVTjdybFwdrJldtFS69St_1200

Danimarkada qatarların toqquşması nəticəsində 17 nəfər xəsarət alıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.