Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Sosial şəbəkələrin yox etdiyi hiss: Köhnə sevgilərin sirri
ÖZƏL

Sosial şəbəkələrin yox etdiyi hiss: Köhnə sevgilərin sirri

05 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Əvvəllər sevginin xüsusi bir əhəmiyyəti, xüsusi bir çəkisi vardı. Sevgi deyiləndə insanların ağlına ali bir hiss, dərin bir duyğu gəlirdi. O dövrdə insanlar sevdiklərini dilə gətirməyə belə çətinlik çəkirdilər. Hətta elə sevgilər olurdu ki, aylarla gizli qalırdı. Hisslər daha səmimi, daha saf yaşanırdı və insanlar sevdiklərinə qovuşmaq üçün müxtəlif maneələri aşmağa hazır olurdular. Bu səbəbdən də qurulan ailələrdə hər bir üzv bir-birinə daha dərin hörmət və xüsusi münasibət bəsləyirdi.

Müasir dövrdə isə mənzərə xeyli dəyişib. Sosial şəbəkələr həyatımıza daxil olduqdan sonra insanların bir-biri ilə tanış olması, əlaqə qurması xeyli asanlaşıb. Təəssüf ki, insan psixologiyasında belə bir qanun var: nə qədər əlçatmazsan, bir o qədər dəyərlisən; nə qədər əlçatansansa, bir o qədər adiləşirsən. Bu reallığın fonunda sevgilər də adiləşməyə başlayıb. Təsadüfi deyil ki, dünyanın bir çox yerində uzunömürlü ailələrin sayı günü-gündən azalır.

Əziz dostlar, sevgi çox uca bir duyğudur. Onun aşa bilməyəcəyi maneə, öhdəsindən gələ bilməyəcəyi çətinlik yoxdur. Nə maddi durum, nə məsafə, nə də ağır həyat sınaqları həqiqi sevgiyə qalib gələ bilmir. Elə ailələr tanıyıram ki, böyük çətinliklərdən keçiblər, amma bu gün xoşbəxt və hüzurludurlar. Çünki bütün zamanlarda sevib sevilməyi unutmamışlar.

Sevin, sevilin. İnanın ki, bir gün həyat mütləq üzünüzdə təbəssüm yaratmağı bacaracaq.

Türkanə Səfərova
paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Zəngəzur dəhlizi ilə bağlı Naxçıvanda dəmir yollarının yenidən qurulmasına başlanılıb

Next

Qərbi Azərbaycan İcması tərəfindən altı ölkənin nümayəndəsinə icmanın fəxri üzvlük sertifikatı verilib

Copyright 2026— Praqraf.com. All rights reserved