Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 5
  • Ramin Məmmədov İsveç XİN-in xüsusi nümayəndəsi ilə görüşüb

Ramin Məmmədov İsveç XİN-in xüsusi nümayəndəsi ilə görüşüb

admin 05 Dekabr 2025 3 minutes read
YIq2K1nadHnsKo3t30QxsbdyQaTN6QxSMXZXQvPO_825 (1)
PAYLAŞIN:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İsveçin Xarici İşlər Nazirliyinin Dinlərarası və Mədəniyyətlərarası Dialoq üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi (səfiri) Kristian Kamill ilə görüşüb.

Paraqraf.com xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin sədri Ramin Məmmədov təyinatı münasibətilə qonağı təbrik edərək xalqların əsrlərə söykənən birgəyaşayış ənənələri və müxtəlif dini konfessiyaların sülh şəraitində fəaliyyət göstərməsi üçün yaradılan şərait haqqında məlumat verib.

Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib və ölkə dinlərarası dialoq sahəsində dünyada aparıcı mövqe tutur. Məscidlərlə yanaşı, kilsə və sinaqoqlar təmir-bərpa edilir, yeniləri inşa olunur, həmçinin dini icmalara, o cümlədən xristian icmalarına mütəmadi olaraq maliyyə yardımı ayrılır. Ramin Məmmədov diqqətə çatdırıb ki, bu yanaşma sayəsində ölkəmizdə bütün konfessiyalar arasında qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan mühit formalaşıb.

İsveçin Xarici İşlər Nazirliyinin Dinlərarası və Mədəniyyətlərarası Dialoq üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi (səfiri) Kristian Kamill Azərbaycanın multikultural dəyərlərin təşviqində oynadığı rolu və dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib. Bildirib ki, Azərbaycanın tolerantlıq modeli və dövlət rəhbərliyinin bu sahəyə göstərdiyi yüksək diqqət qlobal müstəvidə sülhün və qarşılıqlı anlaşmanın bərqərar olması üçün xüsusi əhəmiyyət kəsb edir. Müasir dünyada barışın, sabitliyin təmin olunması üçün dialoq önəmlidir və Azərbaycanın bu sahədəki nümunəsi təqdirəlayiqdir.

İsveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonun da iştirak etdiyi görüşdə iki ölkə arasında müvafiq sahədə təcrübə mübadiləsinin aparılması, qarşılıqlı əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Loading

Visited 12 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Bakıda mədəni irslə bağlı keçirilən beynəlxalq konfransın yekun sənədi oxunub
Next: Azərbaycan və Gürcüstan birgə kollecin yaradılmasını müzakirə edir

OXŞAR MÖVZULAR

luget

Retroya dönüş: gənclər köhnə musiqiyə niyə qayıdır?

admin 17 Aprel 2026
659760279_1396403202525029_6695699279724688825_n

Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub – FOTOLAR

admin 02 Aprel 2026
IMG_5402

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

admin 30 Mart 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.