Qadın və kişi cüdoçular arasında keçirilən çempionatda ilk günün qalibləri müəyyənləşib
Qadın və kişi cüdoçular arasında keçirilən Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib.
Paraqraf.com xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda 7 çəki dərəcəsi üzrə 107 cüdoçu mübarizə aparıb.
İlk gündə Nilgün Rzayeva (63 kq), Südabə Ağayeva (70 kq), Günel Həsənli (78 kq), Madina Kaisinova (+78 kq), Balabəy Ağayev (60 kq), Nazir Talıbov (66 kq) və Kamran Süleymanov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, Azərbaycan çempionatına dekabrın 7-də yekun vurulacaq.
Paraqraf.com
![]()