Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 5
  • “Moody’s” Azərbaycanın uzunmüddətli iqtisadi perspektivlərinin güclənməsinin əsas amillərini açıqlayıb

“Moody’s” Azərbaycanın uzunmüddətli iqtisadi perspektivlərinin güclənməsinin əsas amillərini açıqlayıb

admin 05 Dekabr 2025 2 minutes read
170b5fa2-f1f7-3cd5-8064-73d107c1e7ab_825
PAYLAŞIN:

Azərbaycanın nəqliyyat-logistika qovşağı kimi potensialı iqtisadi şaxələndirmə üçün əlavə imkanlar yarada bilər.

Paraqraf.com “Moody’s” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, Azərbaycanın iqtisadi dayanıqlığının qiymətləndirilməsi neft-qaz sektorundan asılılığın davam etməsinə baxmayaraq, növbəti 12-18 ay ərzində davamlı artım perspektivlərini əks etdirir.

Agentliyin məlumatına görə, ölkənin Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) əsas həlqəsi kimi güclənən rolu, həmçinin Qarabağ və Şərqi Zəngəzurun davamlı inkişafı uzunmüddətli iqtisadi perspektivləri dəstəkləyir və diversifikasiya potensialını gücləndirə bilər.

“Moody’s” Azərbaycanda real ÜDM-in 2024-cü ildə 4,1 % artımından sonra 2025-ci ildə 1,5 %-ə qədər yavaşlamasını proqnozlaşdırır. Bu, yüksək baza effekti və qlobal ticarətdə qeyri-müəyyənlik və geosiyasi dəyişkənlik fonunda xarici konyunkturanın zəifləməsi ilə bağlı risklərlə əlaqədardır.

Ortamüddətli perspektivdə agentlik qeyri-neft sektorunun artımının nəqliyyat-logistika sahəsində imkanların və fəallığın artması ilə dəstəklənəcəyini gözləyir. TBNM daxil olmaqla əsas marşrutlar investisiyaları cəlb etməyə və iqtisadiyyatın müxtəlif sektorları üçün müsbət əlavə effektlər yaratmağa davam edir.

“Moody’s” həmçinin qeyd edir ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri böyük həcmli kapital qoyuluşları və tikinti fəaliyyəti hesabına iqtisadi dinamikaya təkan verir. Paralel olaraq külək və günəş enerjisi sahəsində layihələrin inkişafı xarici investisiya axınına töhfə verir və gələcəkdə təmiz enerji ixracından gəliri təmin edə bilər.

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanda səlahiyyətli iqtisadi operator statusu üzrə dövlət dəstək mexanizmi formalaşdırılacaq
Next: Azərbaycanda növbəti torpaq hərracları elan edilib

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.