Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub
İQTİSADİYYAT

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

05 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə tərəfdaşlığı çərçivəsində ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzin əsas məqsədi Gəncə və ətraf bölgələrdən innovatorları bir araya gətirərək startap quruculuğu, startapların bazarlara və maliyyələşmə mexanizmlərinə əlçatanlığı, innovasiya sahəsində mentorluq və insan kapitalının inkişafına töhfə verməkdir.

Mərkəzin açılış tədbirində çıxış edən İRİA-nın sədr müavini Rəşad Xalıqov bu qəbildən olan mərkəzlərin məhz universitet mühitində fəaliyyət göstərməsinin xüsusi əhəmiyyətini vurğulayıb: “İRİA olaraq universitetlərdə innovativ sahibkarlıq təfəkkürünün inkişafına dəstək göstərmək prioritetlərimiz arasındadır. Bu məqsədlə yaradılan innovasiya mərkəzləri dövlət-universitet-biznes əməkdaşlıq modelini gücləndirir və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına mühüm töhfə verir“.

ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi prototipləşdirmə, aparat təminatı dizaynı və tədqiqatlar üçün texniki avadanlıqlarla təchiz edilib. Mərkəzdə universitet tələbələri, proqram iştirakçıları və mərkəzdən istifadə edəcək şəxslər üçün kompüter laboratoriyası da mövcuddur. Bununla yanaşı, kovörkinq, toplantı, təqdimatlar, öyrənmə və təlim məqsədləri üçün şərait təmin edilib.

Çıxışlar zamanı, həmçinin bildirilib ki, digər universitetlərlə elmi layihələr, şirkətlərlə texnologiya transferi, startaplar üçün inkubasiya və akselerasiya proqramları, dövlət qurumları ilə STEM təşəbbüsləri və beynəlxalq qrant proqramlarına çıxış bu Mərkəzin fəaliyyətinin tərkib hissəsi olacaq.

İRİA-nın tərəfdaşlığı ilə ötən il Bakıda Azərbaycan İnnovasiya Mərkəzi və Sumqayıtda “Sumgait Innovation Hub”, 2025-ci ildə isə “Andersen Lab”, Naxçıvan Dövlət Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərkibində müvafiq olaraq innovasiya mərkəzləri yaradılıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan BƏƏ ilə investisiya imkanlarını müzakirə edib

Next

ABŞ Rusiya və Çinə qabaqcıl çiplərin satışını qadağan etmək niyyətindədir

Copyright 2026— Praqraf.com. All rights reserved