Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 5
  • Dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə konfrans keçirilib

Dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə konfrans keçirilib

admin 05 Dekabr 2025 7 minutes read
IMG-20251205-WA0040
PAYLAŞIN:

Dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

Paraqraf.com xəbər verir ki, bu barədə “Qərbi Azərbaycan İcması”-nın “Facebook” səhifəsində paylaşım edilib.

Konfransda dünyanın 60-dan çox ölkəsini təmsil edən 100-ə yaxın qonaq, Azərbaycandan 100-dən çox ekspert, alim, ictimai xadim və dövlət rəsmiləri, Milli Məclis deputatları iştirak ediblər.

Konfransın açılışında Qərbi Azərbaycan İcmasının ölkədaxili və beynəlxalq fəaliyyətindən, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə həssas münasibətindən bəhs edən film nümayiş etdirilib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı və Qayıdış üzrə Təşəbbüs Qrupunun sədri Əziz Ələkbərli salamlama nitqi ilə çıxış edərək İcmanın əsas missiyasının 200 ildən artıq müddətdə mərhələ-mərhələ Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıdış hüququnu təmini etmək olduğunu, azərbaycanlıların Ermənistandan kütləvi deportasiyalarının əsrlər boyu formalaşmış maddi və qeyri-maddi mədəni irsi sistemli şəkildə dağıtdığını bildirmiş və Ermənistanla sülh prosesinin irəliləməsi fonunda erməni və azərbaycanlıların birgəyaşayışının yeganə yolunun qayıdış hüququnun tanınması olduğunu vurğulamış, beynəlxalq ictimaiyyəti bu ədalətli prosesə dəstək verməyə çağırmışdır.

Xarici qonaqlar adından Türkiyə Böyük Millət Məclisinin üzvü, Qərbi Azərbaycan İcmasının Fəxri üzvü Şamil Ayrım çıxış edərək qardaşlıq mesajını çatdırmış və Qərbi azərbaycanlıların yaşadığı deportasiyaların insanlığa qarşı törədilmiş ağır cinayət, regionda balansı pozmuş tarixi ədalətsizlik olduğunu bildirmişdir. Türkiyənin həmişə Azərbaycan xalqının yanında olduğunu vurğulayan natiq, Ermənistanın monoetnik dövlətə çevrilməsinin nəticələrinin regionda yaratdığı təhlükələri diqqətə çatdırmış və qayıdışın ədalət və sülh üçün vacib olduğunu bildirmişdir.

Açılış sessiyasından sonra Türkiyə, ABŞ, Cənubi Afrika Respublikası, İtaliya, Litva və Misiri təmsil edən, Qərbi Azərbaycan məsələsinə böyük dəstəyini göstərən 7 şəxsə Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim olunub.

Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluq etdiyi konfransın qayıdış hüququnun hüquqi və mənəvi əsaslarının təhlilinə həsr olunmuş ilk panelində çıxış edən İbn Haldun Universitetinin Heydər Əliyev adına Avrasiya Araşdırmalar Mərkəzinin direktoru professor Yaşar Sarı, fransalı tarixçi Dr.Maxime Gauin, Harvard Universitetinin tədqiqat direktoru Dr.Mark Nathan Kramer, eləcə də İspaniyanın Panavropa təşkilatını təmsil edən Professor Carlos Uriarte beynəlxalq təcrübə fonunda qayıdış hüququnun dövlətlərarası münasibətlərdəki yerindən və Ermənistanın üzərinə düşən humanitar öhdəliklərdən bəhs etmişdir.

Böyük Britaniyadan Klaus-Peter Ralf Juergens moderatorluq etdiyi maddi irsin qorunması məsələlərinə həsr edilmiş ikinci paneldə çıxış edən Pakistan Ali Məhkəməsinin vəkili Muhammad Sohail Sajid, İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Dr.Carlo Marino, İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita və amerikalı professor Michael Martin Gunter Ermənistan ərazisində Azərbaycan irsinə qarşı aparılmış dağıdıcılığın hüquqi qiymətləndirilməsi və bərpa imkanları barədə fikirlərini bölüşdülər.

Polşadan AVIM təmsilçisi Jakub Koreybanın moderatorluq etdiyi qeyri-maddi irs – aşıq sənəti, musiqi, folklor, şifahi yaddaş, mədəni ənənələr – mövzusuna həsr edilən üçüncü paneldə çıxış edən Bolqar Elmlər Akademiyasının professoru Dr.Nadia Boyadjieva, “artXchange Global” təşkilatının direktoru Dr.Ornela Ramašauskaitė, İordaniya Haşimi Universitetindən Professor Moh’d Wahib Ali Hussein və isveçli rejissor Mikael Silkeberg çıxışlarında mədəniyyətin qaçqınlığa məruz qalmış icmaların kimliyini qorumaqda rolunu və Qərbi Azərbaycan irsinin dünyaya tanıdılması yollarını vurğuladılar.

ABŞ-nin Qrinsboro Universitetindən professoru Ali Kaan Askerin moderatorluq etdiyi beynəlxalq əməkdaşlığa həsr olunmuş sonuncu paneldə çıxış edən Türkiyə Milli Müdafiə Universitetinin dekanı Dr.İbrahim Ethem Atnur, Almaniyanın BWA Qlobal İqtisadi Şəbəkəsinin federal direktoru Urs Emil Unkauf, Latviyanın Nəqliyyat və Telekommunikasiya İnstitutunun professoru Juris Maklakovs və Qırğızıstandan sabiq səfir, Dr.Kairat Osmonaliyev qayıdış hüququnun müdafiəsində qlobal həmrəyliyin gücləndirilməsi, təşkilatlararası əməkdaşlığın genişləndirilməsi və beynəlxalq hüquqi alətlərin effektiv tətbiqindən danışdılar.

Sonda Beynəlxalq Final Universitetinin professoru, Qərbi Azərbaycan İcmasının fəxri üzvü Hüseyin Işıksal konfransın yekun sənədini səsləndirmiş, sonra Qərbi Azərbaycan İcması adından İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri Professor Vahid Novruzov çıxış edərək konfransın nəticələrini yüksək qiymətləndirmiş və İcmanın apardığı haqq işinə dəstək verən konfrans iştirakçılarına təşəkkürünü bildirmişdir.

Tədbir Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpasının təkcə tarixi ədalət deyil, həm də regionda dayanıqlı sülh və barışın bərqərar olması üçün mühüm şərt olduğunu bir daha təsdiqləmiş, Qərbi azərbaycanlıların qaçqınlıq həyatı, onların maddi və qeyri-maddi irsinin sistemli şəkildə dağıdılması, təhrif edilməsi və mənimsənilməsi ilə bağlı geniş məlumat əldə edən konfrans iştirakçıları mədəni irsin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsi istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırış etmişlər.

Həsən Məmmədov 

Paraqraf.com 

Loading

Visited 18 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Daşkənddə dövlət-QHT tərəfdaşlığına dair Milli Forum keçirilib
Next: Azərbaycan və Tatarıstan əməkdaşlığın inkişafını müzakirə edib

OXŞAR MÖVZULAR

df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026
IMG-20260421-WA0013

Ekspert: “Daxili investisiyaların artımı qeyri-neft sektorunun inkişafını sürətləndirə bilər”

admin 21 Aprel 2026
4ef4464e-9c81-45a0-a9e9-492c85e81ca2

Milli Müəllim Konqresi keçirildi – müəllimlərin inkişafı və təhsildə yeniliklər müzakirə olundu

admin 20 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.