Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycan BƏƏ ilə investisiya imkanlarını müzakirə edib
İQTİSADİYYAT

Azərbaycan BƏƏ ilə investisiya imkanlarını müzakirə edib

05 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qarşılıqlı əməkdaşlıq və investisiya imkanları barədə müzakirələr aparıb.

Bu barədə Paraqraf.com Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) istinadən xəbər verir.

Bildirilib ki, Fondun icraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti BƏƏ-nin Əbu-Dabi şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti yüksək səviyyəli beynəlxalq qurumların rəhbərləri və özəl sektorun aparıcı təmsilçiləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq və investisiya imkanları üzrə müzakirələr aparıb.

Səfər zamanı ARDNF nümayəndə heyəti “CVC” Şirkətlər Qrupunun həmtəsisçisi və sədri Rolli van Rapard ilə görüş keçirib. Görüşdə Fondun “CVC” ilə uzunmüddətli əməkdaşlığının hazırkı mərhələsi, müxtəlif aktiv sinifləri üzrə investisiya portfelinin genişləndirilməsi imkanları və qlobal bazarlarda formalaşan yeni trendlər müzakirə edilib.

Nümayəndə heyəti daha sonra “Milken” İnstitutun sədri Maykl Milken ilə görüşüb. Kapital bazarlarının inkişafında mühüm rol oynaması ilə tanınan və uzun illərdir qlobal maliyyə, səhiyyə və təhsil sahələrində təşəbbüslərə dəstək göstərən Maykl Milken ilə keçirilmiş görüşdə institusional investorlara təsir edən qlobal tendensiyalar, davamlı investisiya meyilləri və müxtəlif regionlar üzrə strateji istiqamətlər müzakirə edilib. Tərəflər həmçinin gələcək əməkdaşlıq və bilik mübadiləsi imkanlarını nəzərdən keçiriblər.

ARDNF nümayəndə heyəti Əbu-Dabidə “Milken” İnstitut tərəfindən təşkil olunan “2025 Middle East & Africa” Sammitində də iştirak edib. ARDNF-in icraçı direktorun müavini Rövşən Cavadov Sammit çərçivəsində keçirilmiş “Asiya və Yaxın Şərq arasında investisiya və biznes əlaqələri” adlı paneldə spiker qismində çıxış edib.

Panel müzakirələri zamanı R. Cavadov Asiya və Yaxın Şərq arasında iqtisadi əməkdaşlığın dərinləşdiyini, kapital, innovasiya və istedad axınını gücləndirən yeni tərəfdaşlıq modellərinin formalaşdığını qeyd edib. O, suveren fondların regional dəyər zəncirlərinin möhkəmləndirilməsi, bazar inteqrasiyasına dəstək və iqtisadiyyatın şaxələndirilməsi prosesinə verdiyi töhfələr barədə məlumat verib. R. Cavadov əlavə edib ki, ARDNF uzunmüddətli və dayanıqlı investisiya yanaşması çərçivəsində hər iki regionda yaranan yeni imkanları yaxından izləyir.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda 36 nömrəli marşrut üzrə avtobuslar qismən yenilənəcək

Next

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

Copyright 2026— Praqraf.com. All rights reserved