Azərbaycan və Tatarıstan (Rusiya) arasında əməkdaşlığın inkişafı müzakirə edilib.
Paraqraf.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində hesabında bildirib.
“Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri cənab Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılaşmaqdan məmnun olduq. Ticarət, sənaye, energetika, rəqəmsallaşma, turizm, KOB və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində perspektivləri müzakirə etdik, birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər, nəqliyyat vasitələrinin istehsalı layihəsi üzrə əldə edilən nəticələr və digər həyata keçirilən təşəbbüsləri dəyərləndirdik”, – deyə o qeyd edib.
Paraqraf.com
![]()
