Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Azərbaycan və Gürcüstan birgə kollecin yaradılmasını müzakirə edir
ELM VƏ TƏHSİL

Azərbaycan və Gürcüstan birgə kollecin yaradılmasını müzakirə edir

05 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan və Gürcüstan energetika, dərin özüllü dəniz limanları tikintisi və sualtı kabellərin çəkilməsi sahəsində mütəxəssislər hazırlayacaq birgə kollecin yaradılması imkanını müzakirə edir.

Paraqraf.com-un məlumatına görə, bu barədə Gürcüstan parlamentinin Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədri Mariam Laşxinin Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüşünün nəticələri haqqında bəyanatında bildirilib.

Məlumata əsasən, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Birgə layihələrə, ali və peşə təhsili sahəsində tərəfdaşlığın gücləndirilməsinə, həmçinin birgə tədqiqatların aparılması imkanlarına xüsusi diqqət yönəlib.

“Biz, həmçinin enerji, dərin özüllü dəniz limanlarının tikintisi və sualtı kabellərin çəkilişi sahəsində vacib kadrların hazırlanmasına töhfə verəcək birgə peşə kollecinin yaradılması imkanını müzakirə etdik”, – M.Laşxinin bəyanatında bildirilib.

Tərəflər, həmçinin elmlər akademiyaları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Azərbaycanda gürcüdilli məktəblərin fəaliyyəti, eləcə də Gürcüstanda azərbaycandilli məktəblərin vəziyyətini müzakirə ediblər.

Bundan əlavə, görüş iştirakçıları Gürcüstan parlamentinin deputatlarının Azərbaycana səfərinin təşkili məsələsini müzakirə ediblər.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ramin Məmmədov İsveç XİN-in xüsusi nümayəndəsi ilə görüşüb

Next

Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir

Copyright 2026— Praqraf.com. All rights reserved