Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Universitetlər Praktikanı Gücləndirməlidir – İlqar Orucovdan ÇAĞIRIŞ
ELM VƏ TƏHSİLMANŞET

Universitetlər Praktikanı Gücləndirməlidir – İlqar Orucovdan ÇAĞIRIŞ

04 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Tələbələr universitetdə təhsil aldıqları müddətdə ixtisasları üzrə cəmi bir semestr təcrübə keçirlər. Lakin onlar bu 4 ili daha səmərəli dəyərləndirmək, nəzəri biliklərlə yanaşı, praktik bacarıqlarını da inkişaf etdirmək istəyirlər. Tələbələr əlavə təcrübə proqramlarına qoşulsalar da, bu, dərsləri ilə bağlı müəyyən çətinliklər yaradır. İşə qəbul zamanı isə işəgötürənlər təcrübəyə üstünlük verirlər.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Paraqraf.com”a açıqlamasında bildirib ki, Azərbaycanda tələbələrin praktika keçməsi, nəzəri biliklərini praktikada tətbiq etməsi ilə bağlı ciddi problemlər mövcuddur:

İlqar Orucov: Təhsil haqqında yeni qərarlar çox ciddi normativ sənəd kimi  dəyərləndirilməlidir - AZƏRTAC

“Universitetlər praktika ilə bağlı mövcud problemləri aradan qaldırmalıdırlar. Onlar korporativ təhsil modelini tətbiq etməli, tələbənin öyrəndiyi nəzəri biliklərlə praktikanın əlaqəsini formalaşdırmalıdırlar. Bunun üçün universitetlər məzun hazırladıqları ixtisaslar üzrə aidiyyəti dövlət və özəl müəssisələrlə əməkdaşlıq etməlidirlər. Bu, bir çox hallarda universitet–sənaye, universitet–dövlət qurumu və ya universitet–biznes əməkdaşlığı adlandırılır. Tələbənin gələcəkdə işləyə biləcəyi qurumlarla sıx əməkdaşlıq olmalıdır. Beləliklə, məzun əmək bazarında özünü reallaşdırmaq üçün işəgötürənin tələblərinə uyğun biliklərə yiyələnəcək. Eyni zamanda, universitetlərdə karyera mərkəzləri də yaradılmalıdır”.

İlqar Orucov əlavə edib ki, universitet həm təhsil, həm də səriştə verir:

“Çevik praktika modelinə keçilməlidir. Yəni tələbə yalnız bir semestr deyil, təhsil müddətinin müxtəlif vaxtlarında praktikaya göndərilməlidir. Universitetlərin bu istiqamətdə öz fəaliyyətlərini yenidən qurmasına ehtiyac var. Bu, gələcəkdə universitetin məzunlarının əmək bazarındakı fəaliyyətini izləməyə də imkan verəcək. Universitetlər özlərini inkişaf etdirməlidirlər”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı uğurla alındı

Next

Almaniya Kansleri İlham Əliyevə zəng etdi

Copyright 2026— Praqraf.com. All rights reserved