Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Səməd Bəşirli: “Azərbaycan D-8 ölkələri ilə səmərəli tərəfdaşlığa malikdir”
İQTİSADİYYAT

Səməd Bəşirli: “Azərbaycan D-8 ölkələri ilə səmərəli tərəfdaşlığa malikdir”

04 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan D-8 ölkələri ilə səmərəli tərəfdaşlıq əlaqələrinə malikdir.

Paraqraf.com İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir müavini Səməd Bəşirli Misirin paytaxtı Qahirədə keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclasında bildirib.

O, D-8 təşkilatının üzv dövlətlər arasında ticarət üzrə dayanıqlığın gücləndirilməsi, bazarların şaxələndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından effektiv platforma olduğunu qeyd edib, təşkilat daxilində ticarətin artırılması və daha səmərəli iqtisadi əlaqələrin formalaşdırılması istiqamətində aparılan müzakirələrin önəmini diqqətə çatdırıb, Azərbaycanda mövcud əlverişli biznes mühiti, ölkəmizin strateji nəqliyyat-logistika üstünlükləri, sənaye potensialı və geniş investisiya imkanları barədə məlumat verib.

Tədbirdə üzv ölkələr arasında ticarət inteqrasiyasının dərinləşdirilməsi, sərmayə axınının artırılması, davamlı inkişafın təşviqi və bilik mübadiləsinin genişləndirilməsi üzrə müzakirələr aparılıb. İqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi məqsədilə ticarət forumlarının təşkili, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və birbaşa biznes əlaqələrinin qurulmasının əhəmiyyəti xüsusi vurğulanıb. D-8 ölkələri arasında ticarətin dövriyyəsinin artırılması üçün birgə səylərin gücləndirilməsinin zəruri olduğu diqqətə çatdırılıb.

İclasda D-8 üzvü olan dövlətlərin ticarət üzrə məsul nazirləri və nümayəndə heyətləri iştirak edib və Ticarət Əməkdaşlığı haqqında Qahirə Bəyannaməsi qəbul edilib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 13 % artıb

Next

Azərbaycan Türkiyənin sərhədyanı bölgələri ilə əlaqələrin genişləndirilməsini müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved