Şamaxı klubu 1000 manat cərimələnib, məşqçisi dörd oyunluq cəza alıb
Əvəzedicilər Liqasında çıxış edən “Şamaxı-2” komandasının məşqçisi Yaşar Abuzərov 4 oyunluq cəza alıb.
Paraqraf.com xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi (İK) qərar çıxarıb.
Buna mütəxəssisin XII turda “Zirə-2” ilə matçda hakimi təhqir etməsi səbəb olub.
Məşqçi birbaşa qırmızı vərəqə alıb. İK bu səbəbdən bölgə təmsilçisinə 1000 manat cərimə tətbiq edib.
Paraqraf.com
![]()