Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Qubada toyda ofisiant üstündə DAVA – qonağı döyən şəxs cərimələndi
HADİSƏ

Qubada toyda ofisiant üstündə DAVA – qonağı döyən şəxs cərimələndi

04 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Qubada toy zamanı dava olub.

Paraqraf.com xəbər verir ki, hadisə Talabıqışlaq kəndində qeydə alınıb.

İttiham aktına görə, kənd sakini 46 yaşlı Manaf Qardaşxanov (adı və soyadı şərtidir) həmkəndlilərindən birinin həyətində keçirilən mağar toyunda qonağı döyüb. Manaf həmkəndlisi olan qonağın ofisiantla kobud danışdığını görüb və o, məclisdən çıxanda həmin şəxsə yaxınlaşaraq yumruq zərbələri ilə sifət və boyun nahiyələrinə zərbə vurub.

Bu əməlinə görə, Manaf Qardaşxanov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs bildirib ki, ofisiantla kobud danışan həmin qonağa yaxınlaşıb irad bildirəndə aralarında mübahisə yaranıb. Hadisə zamanı Manaf ayıq olsa da, qarşı tərəf içkili olub. Manaf Qardaşxanov əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını deyərək, məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini istəyib.

Zərərçəkənin sözlərinə görə, ofisiantdan çay istəyib. O bildirib ki, Manafla 2018-ci ildə də bu mövzuda mübahisələri olub və həmin vaxtdan bəri onu görməyib.

Quba Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 1000 manat cərimə cəzası təyin edilib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda iş adamının 29 yaşlı qızı qəfil öldü

Next

Bərdədə 15 yaşlı qızla evlənən gənc həbs edildi

Copyright 2026— Praqraf.com. All rights reserved