Kürdəmir rayonunda səkkizotaqlı fərdi yaşayış evi yanıb.
Paraqraf.com xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.
Kənd sakini Ağamalıyev Rza Qardaşxan oğluna məxsus ikimərtəbəli, ümumi sahəsi 130 kv/m olan 8 otaqlı ev tamamilə yanıb.
Hadisə yerinə FHN-nin Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb və söndürülüb.
Hadisənin elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi ehtimal edilir.
Paraqraf.com
![]()
Visited 9 times, 1 visit(s) today
