Çinin “Huawei” korporasiyası öz cihazları ilə “Apple” qurğuları arasında məlumat ötürülməsini mümkün edən yeni xidməti işə salıb.
Paraqraf.com xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat verib.
Bildirilir ki, “HarmonyOS Interconnect” adlı tətbiq məlumatın naqilsiz ötürülməsini təmin edir. Proqram “iPhone”, “iPad”, “Mac” kimi “Apple” cihazları ilə “Huawei” qurğuları arasında əlaqə yaratmaq üçün nəzərdə tutulub. Tətbiq artıq “Mac” kompüterləri üçün “App Store”da əlçatandır.
“Huawei” mühəndisləri dəqiqləşdiriblər ki, qarşı tərəfdə faylın göndərilməsi və ya qəbul edilməsi “AirDrop” vasitəsilə həyata keçirilir. “AirDrop” yalnız Apple cihazlarında işləyən texnologiya olsa da, “Huawei” , “Apple” məhdudiyyətlərini aşmağın yolunu tapıb.
Paraqraf.com
![]()
