Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 4
  • Distant işləməyin hansı mənfi və müsbət tərəfləri var? – AÇIQLAMA

Distant işləməyin hansı mənfi və müsbət tərəfləri var? – AÇIQLAMA

admin 04 Dekabr 2025 4 minutes read
IMG-20251203-WA0015
PAYLAŞIN:

Məsafədən (distant) işləmək qanuniləşir.

Bu məsələyə dair təklif Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklik layihəsində öz əksini tapıb.

İnsan resursları üzrə mütəxəssis və təlimçi Nigar Temrazova “Paraqraf.com”a bildirib ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər çərçivəsində məsafədən işləməyin rəsmiləşdirilməsi ölkəmizdə yeni əmək münasibətlərinin formalaşmasına şərait yarada bilər:

“Bu iş modeli ilə bağlı qərar rəsmiləşdiyi halda həm işəgötürənlər, həm də əməkdaşlar üçün bir sıra üstünlüklər və çağırışlar ortaya çıxacaq.

Distant işin bir sıra müsbət tərəfləri var:

Zamanın səmərəli istifadəsi:

Distant iş rejimində əməkdaşların gündəlik yola sərf etdiyi vaxt aradan qalxır. Bu isə həm şəxsi inkişaf, həm də ailə üçün daha çox zaman ayırmağa imkan verir.

Xərclərin optimallaşdırılması:

Evdən işləyən şəxslərin nəqliyyat, yemək və digər gündəlik xərcləri azalır. Eyni zamanda işəgötürənlər üçün ofis saxlanması, kommunal və inzibati xərclər də minimuma enir.

Daha rahat iş mühiti:
İnsanlar özlərinə uyğun komfortlu iş şəraiti yaratdıqları üçün stress səviyyəsi azalır, işə fokuslanmaq daha asan olur.

Daha geniş bazaya çıxış:

Distant iş modeli şirkətlərə yalnız paytaxtdan deyil, regionlardan, hətta digər ölkələrdən mütəxəssisləri cəlb etmək imkanı yaradır. Bu da komandanın daha peşəkar formalaşmasına müsbət təsir göstərir”.

Nigar Temrazova, həmçinin distant işin mənfi tərəflərindən də danışıb:

“Özünüidarəetmə çətinlikləri:
Hər kəs ev şəraitində eyni dərəcədə intizamlı ola bilmir. Müşahidə və nəzarətin azalması bəzi əməkdaşlarda motivasiya düşməsinə səbəb ola bilər.

Komanda dinamikasının zəifləməsi:

Canlı ünsiyyətin azalması nəticəsində komanda ruhu zəifləyə və əməkdaşlıq qabiliyyətində müəyyən boşluqlar yarana bilər.

İş və şəxsi həyat sərhədlərinin qarışması:

Evdən işləyən şəxslər bəzən işdən tam ayrılmaqda çətinlik çəkirlər və nəticədə əlavə psixoloji yüklənmə yarana bilər.

Texniki risklər və təhlükəsizlik məsələləri:

İnternet əlaqəsi və avadanlıq problemləri iş prosesinə təsir edə bilər. Bundan əlavə, məlumat təhlükəsizliyi və kibermüdafiə məsələləri daha da aktuallaşır.

Performansın ölçülməsi çətinliyi:

Distant rejimdə əməkdaşların fəaliyyətini obyektiv qiymətləndirmək üçün daha mütəşəkkil sistemlərə ehtiyac yaranır.

Distant iş modeli düzgün tətbiq olunduqda əmək münasibətlərinin çevikliyini artırır, şirkətlərə daha geniş imkanlar yaradır və işçilərin rifahına müsbət təsir göstərir. Lakin bu modelin uğurlu tətbiqi üçün həm idarəetmə mexanizmləri, həm də daxili kommunikasiya prosesləri gücləndirilməlidir”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 16 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Doğru sual verə bilən insan inkişafdan qalmır”
Next: Çempionlar Liqası: “Qarabağ” – “Ayaks” oyununun biletləri satışa çıxarılıb

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.